Zakir Fərəcov məmurlara savaş açdı - İdarə rəisi və baş həkim də işdən çıxarıldı

img

07-10-2015 [10:01]


Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov şəhərin idarə və müəssisələrində kadr islahatlarını davam etdirir.

Mia.az xeberle.com-a istinadən xəbər verir ki, bu dəfə Sumqayıt şəhər Maliyyə İdarəsinin müdiri Süleyman Köçərli tutduğu vəzifədən kənarlaşdırılıb. Onun yerinə isə idarənin müdir müavini vəzifəsində çalışan Mətləb Möhübbət oğlu Məhərrəmov təyin olunub.

Kadr islahatları səhiyyə müəssisələrindən də yan keçməyib. Belə ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi, "Şöhrət” ordenli Vaqif Qəhrəmanov işdən çıxarılıb. Baş həkim vəzifəsinə Rauf Sadıxov təyin olunub.

Qeyd edək ki, Rauf Sadıxov tanınmış həkim İzzət Sadıxovun oğludur. R. Sadıxov 2005-2011-ci illərdə Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2009-cu ildə prezidentin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA