Rektor sərt qərar verdi - 6 dekan işdən azad olundu

img

06-10-2015 [13:44]


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Keçmiş Azərbaycan Dövlət Neft Akademiyası - red.) 6 dekanı vəzifədən azad edilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, vəzifədən azad edilənlər Geoloji kəşfiyyat, Qaz-neft-mədən, Kimya texnologiya, Neft mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması və İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültələrinin dekanlarıdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən faktı təsdiq ediblər. Universitetdən dekanların vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb. Bildirilib ki, müvafiq əmrlə müvəqqəti icraçı dekanlar təyin olunublar.

Artıq Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qeyd olunan vakant dekan vəzifələrini tutmaq üçün müsabiqə də elan edib


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA