06-10-2015 [10:55]
Artıq rəsmi şəkildə etiraf edilir ki, ölkədə maliyyə böhranı yaşanır.
Mia.az xəbər verir ki, bunu "Azadlıq” qəzeti yazıb. Qəzet bildirir ki, ümumiyyətlə, neftin qiymətinin kəskin ucuzlaşmasından sonra bu vəziyyəti proqnozlaşdırmaq çətin deyildi. Çünki, Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətdədir və ölkədə həyata keçirilən bütün investisiya layihələri neft pulları hesabına mümkün olur.
Qəzet bildirir ki, büdcənin 5 milyard azalması (manatın köhnə məzənnəsi ilə 11 milyarlıq azalmadan söhbət gedir) hələ başlanğıcdır. Bundan sonra böhran hər sahədə özünü göstərəcək və maliyyə çatışmazlığı üzə çıxacaq. Bütün bunları nəzərə alaraq hökumət "qayçılama” prosesinə başlayıb. Amma bu "qayçılama”da da elə nöqtələr axtarılır ki, hökumətin komfortu pozulmasın.
Maliyyə naziri Samir Şərifov da baş verənləri etiraf edib: "Əmək haqqı, pensiya və müavinətlərin ödənilməsi əvvəlki illərdə olduğu kimi tam məbləğdə təmin ediləcək. Sadəcə gələn il biz o layihələrə maliyyə ayıracağıq ki, onlar artıq icradadırlar. Yeni layihələrə başlanmasına isə fasilə verilib, bu da maliyyə imkanlarımızla bağlıdır. Onlar bir qədər ləngiyə bilər, sonra həyata keçirilə bilər. Bəzi lüzumsuz xərcləri ixtisara salmışıq. Yəni prioritetlik təşkil etməyən, məsələn, xarici ezamiyyə xərclərini ixtisar etmişik”.
Qəzet yazır ki, hökumət lüzumsuz xərcləri azaltmağa qərar verib və belə xərclər kifayət qədərdir. Xərcləri qayçılamaq üçün məmurların xidməti avtomobillərini ləğv etməyi təklif kimi irəli sürən qəzet bildirir ki, 2006-2011-ci illər ərzində xidməti maşınların alınmasına 400 milyon pul xərclənib: "Məsələ təkcə bu avtomobillərin alınması ilə bitmir. Bu avtomobillərin təmir, yanacaq, yuyulma və digər xərcləri var. Nəzərə alsaq ki, 100-lərlə vəzifəli şəxslərin özünün və ailəsinin xidməti avtomobilləri var, bu, milyardlarla vəsaitin xərclənməsi deməkdir. Həm də Azərbaycan məmurlarının xidməti avtomobillərinin qiyməti 80-200 min dollar arasında dəyişir. Yeri gəlmişkən deyək ki, qonşu Gürcüstanda ən bahalı xidməti avtomobilin qiyməti 15000 dollar təşkil edir və bundan bahalı avtomobilin alınması qadağandır. Dəfələrlə Avropa ölkələrində də məmurların xidməti avtomobillərinin ləğvi ilə bağlı qərarlar verilib.
Bəli, belə bir krizis şəraitində məmurların şəxsi avtomobillərindən istifadə etməsinə, dövlət büdcəsinə qənaət olunmasına ehtiyac var.
Ona görə də əldə fənər tutub, "qayçılamaq” üçün yer axtarmağa ehtiyac yoxdur. Böhrandan çıxış yolunu hakimiyyət özündən başlamalıdır və 100 milyonlarla vəsaitə qənaət edilməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi