06-10-2015 [10:40]
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın tanınmış nəşrlərindən olan "The Daily Caller" qəzetinin 5 oktyabr tarixli sayında məqaləsi dərc olunub.
Konsulluqdan Mia.az-a daxil olan məlumatda bildirilir ki, "Qaçqın böhranının həllində kiçik ölkənin təcrübəsindən dərs götürmək" başlıqlı məqalədə diplomat bir müddət əvvəl Aralıq dənizi sahillərində acınacaqlı şəkildə həlak olan suriyalı azyaşlı Aylanın dəhşətli fotolarının bütün dünyanı silkələdiyini və Avropanı qəflət yuxusundan oyanaraq bu humanitar faciənin miqyasını dərk etməyə vadar etdiyini vurğulayıb.
Müəllif yazıb ki, buna baxmayaraq, hələ də Avropada bəzi siyasətilər və hökumətlər problemin həlli yollarını çarəsiz qaçqınlara qarşı hasarların inşasında və ya gözyaşardıcı qazlardan istifadədə görərək, məsuliyyətdən imtina edirlər. Bunun yanlış olduğunu bildirən baş konsul, belə bir zamanda hər şeydən öncə mərhəmət hislərinin üstün gəlməli olduğunu qeyd edərək, bu səpkidə Azərbaycanın təcrübəsinin faydalı olacağını diqqətə çatdırır.
N.Ağayev qeyd edir ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və xalqımıza qarşı apardığı etnik təmizləmə nəticəsində 1 milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıblar. Bas konsul vurğulayır ki, Azərbaycan ərazilərilə yanaşı Ermənistandan da böyük sayda azərbaycanlı əsrlərlə yaşadığı torpaqlarından zorən çıxarılıblar. N.Ağayev, azərbaycanlılarla yanaşı, həmin dövrdə Orta Asiyadan didərgin düşən 50 minə yaxın Axısqa türkünə də Azərbaycanda sığınacaq verildiyini söyləyərək, bütün qaçqın və məcburi köçkünlərin o vaxtkı Azərbaycan əhalisinin təxminən 15%-ni təşkil etdiyini qeyd edir.
Həmin illərdə SSRİ-dən ayrılaraq müstəqilliyini yenicə elan etmiş Azərbaycanın böyük siyasi-iqtisadi çətinliklərlə üzləşdiyini bildirərək, müəllif yazır: "Beynəlxalq ictimaiyyətdən yardımlar gəlsə də, kifayət etmirdi. Məcburi köçkünlər elektriksiz, susuz, məktəbsiz və tibbi xidmətləri qeyri-kafi olan çadır düşərgələrində məskunlaşmışdılar. Həmin məcburi köçkünlər arasında uşaqlıq dövrləri məhv olmuş, arzuları parçalanmış və həyatın fürsətlərindən məhrum olmuş yüz minlərlə uşaq – Azərbaycan vətəndaşlarının böyük bir nəsli yer alırdı. Ancaq Azərbaycan hökuməti onlardan üz çevirmədi, ən zəruri ehtiyaclarından başlayaraq onlara qayğı göstərməyi davam etdirdi."
Müəllif 2007-ci ildə Azərbaycanda sonuncu məcburi köçkün düşərgəsinin ləğv edildiyini, məcburi köçkünlərin hökumət tərəfindən tikilmiş, bütün lazımi şəraiti olan qəsəbələrə köçürüldüyünü, Ermənistandan və Orta Asiyadan olan qaçqınlara Azərbaycan tərəfindən vətəndaşlıq hüququnun verildiyini qeyd edir. Diplomat vurğulayır ki, bütün bu işlərin arxasında ilk növbədə Azərbaycanın nümayiş etdirdiyi mərhəmət hissi vəəzmkarlıq dayanır.
N.Ağayev, həmçinin qeyd edir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Məqalə ilə bu linkdən ətraflı tanış olmaq olar:
<http://dailycaller.com/2015/10/05/a-small-nations-lessons-on-the-refugee-crisis/>
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi