""Bakı Dairəvi-1" yolunun tikintisiylə bağlı yoxlama aparılmır" - "Azəryolservis"dən açıqlama

img

05-10-2015 [17:58]


"Bu gün saytınızda "Bakı Dairəvi-1" avtomobil yolunun tikintisi zamanı yeyintiyə yol verildiyi və bununla əlaqədar olaraq, yoxlamalara başlanıldığı barədə verilən məlumat həqiqəti əks etdirmir". 

Bu sözlər Mia.az-a  Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən göndərilən məlumatda yer alıb. 

Xatırladaq ki, bu gün Mia.az saytı Qafqazinfo-ya istinadən "Bakı dairəvi" yolunda ciddi yoxlamalara başlanıldığı, yoxlamalar zamanı isə yolun standartlara uyğun çəkilib-çəkilmədiyi, ayrılan vəsaitin aidiyyatı üzrə xərclənib-xərclənilməməsinin araşdırıldığı haqda xəbər yaymışdı. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA