Müəllimlər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı - Biləsuvarda tədbir (FOTOLAR)

img

05-10-2015 [15:50]


Bu gün Biləsuvar rayon "Zirvə” şadlıq sarayında 5 oktyabr - Müəllimlər gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, məktəb direktorları, müəllimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər qoyublar.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirib ki, respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əldə olunan  tarixi nailiyyətlər məhz Ümummilli Lider Heydər Əliyev  və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı  olan, cənab Prezidentimiz   İlham Əliyevin gərgin əməyinin nəticəsidir:

"Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin edibdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar,  bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir".

M.Quliyev deyib ki, ötən illər ərzində Biləsuvar rayonu da ölkə təhsilinə öz töhvələrini verib: "Ayrı-ayrı ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar  hazırda respublikamızın ən müxtəlif  fəaliyyət sahələrində çalışırlar. Rayonumuzda yeni istifadəyə verilən  təhil  ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Əlbəttə bu uğurlar, həm də Biləsuvar rayonun təhsil müəssisələrində çalışan  pedoqoji  kollektivlərin gərgin əməyi sayəsində mümküm olubdur".

Sonra Mahir müəllim 5 oktyabr-Müəllim günü münasibətilə rayonun bütün pedaqoji kollektivini təbrik etdi, çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov çıxış edərək son  illər rayonda təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və müəllimlərin qazandığı uğurlardan danışıb.

Tədbirdə çıxış edən təhsil işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti,  Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafına  göstərdikləri yüksək diqqət və qayğıya görə rayonun çoxminlik pedaqoji kollektivi adından təşəkkürlərini bildiriblər.

Sonda bir qrup təhsil işçisinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA