Ziya Məmmədovun fəaliyyətini yoxlamağa başladılar; Bakı dairəvi yolunda təftiş

img

05-10-2015 [14:58]


Son günlər Nəqliyyat nazir Ziya Məmmədov barəsində yayılan məlumatlar mətbuatın gündəmindən düşmək bilmir.

Yayılan məlumatlarda onun yaxın günlərdə vəzifəsindən azad ediləcəyi bildirilir. Bundan əlavə, nazirin ailə üzvlərinin işdən azad edilməsi barədə informasiyalar var. Hələlik nazirin bacısı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovun işdən çıxarılması xəbəri təkzib olunsa da, qardaşı, Nazirliyin tərkibində olan böyük avtobazalardan birinə rəhbərlik edən Loğman Məmmədovun işdən çıxarılması xəbəri isə hələ ki, aktuallığını qoruyur.

Ziya Məmmədovla bağlı redaksiyamıza daha bir məlumat daxil olub. Məlumata görə, Bakı dairəvi yolunda ciddi yoxlamalara başlanılıb. Yoxlamalar zamanı yolun standartlara uyğun çəkilib-çəkilmədiyi, ayrılan vəsaitin aidiyyatı üzrə xərclənib-xərclənilməməsi araşdırılır. Bildirilir ki, yoxlamalara çoxsaylı mütəxəssislər də cəlb olunub. İlkin nəticə odur ki, Bakı dairəvi yolunun çəkilişi zamanı yeyintilərə yol verilib.

"Qafqazinfo”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA