AVCİYA Zaqatala, Balakən, Qax müşahidəçiləri üçün seminarlar keçirdi

img

05-10-2015 [14:33]


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarlarə davam etdirir. 

Mia.az xəbər verir ki, AVCİYA bu dəfə Şirvan, Hacıqabul, Sabirab, Xaçmaz, Quba, Qusar rayonlarından sonra Zaqatala, Balakən, Qax müşahidəçiləri üçün seminarlar keçirilib. 

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı  seminarlarda məruzə ilə çıxış edərək seçki ərəfəsi ictimai-siyasi vəziyyət və bu ilki seçkilərin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Daha sonra müşahidəçilərin hüquq və vəzifələri, onların seçki günü fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Seminarların sonunda iştirakçıların suallarına ətraflı cavablar verilib.

Assosiasiya növbəti seminarları bu həftənin sonu Gəncə, Göygöl və Daşkəsən rayonlarında keçirməyi planlaşdırır. 

Seminarlarda AVCİYA Zaqatala Regional nümayəndəliyinin rəhbəri Asif Bayramov və  Seçki Qərargahının kordinatoru Vasib Rəcəbov iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA