05-10-2015 [13:20]
Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla "Meliorasiya və Su Təsərürfatı" ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Sevis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudov arasında kəskin narazılıq yaranıb.
Bu barədə Mia.az-a daxil olan məlumatda bildirilir ki, narazılığın səbəbi idarə rəisinin icra başçısını saymaması olub və bundan qəzəblənən Xaləddin İsgəndərov Mirzalı Behbudovun yeni tikilməkdə olan obyektinin tikintisini dayandırıb.
Bu barədə redaksiyamızı məlumatlandıran şəxsin sözlərinə görə, qanunla biznes fəaliyyəti qadağa edilən Subartezian Quyularına Sevis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun, əslində, çox böyük biznesi var: "Həmin biznes strukturun böyük hissəsini restoran biznesi tutur. Paytaxtın bir neçə ərazisində şadlıq evləri və restoranları olan Mirzalı Behbudovun biznes obyektlərinin əksəriyyəti onun həyat yoldaşının adına rəsmiləşdirilib. Ancaq məlumdur, ömürünün böyük hissəsini Ağdam rayonun Xındırıstan kəndində keçirmiş bir qadının Bakıda bir neçə şadlıq evinə və digər obyektlərə sahib olması mümkün deyil. Bu obyektlərin hər birinin bir neçə milyon manat dəyəri var. Elə isə sual yaranır, bu qadın həmin obyektləri hansı vəsait hesabına əldə edib? Əlbəttə ki, bu obyektlərin əsl sahibi Subartezian Quyularına Sevis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovdur. Bu şəxs hazırkı vəzifəsindən əvvəl Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi işləyib. Təxminən 2007-ci ildə bu vəzifəsindən kənarlaşdırılıb və həmin tarixdən də Bakıda "lövbər" salıb".
Məlumata görə, o zaman Ağdamın icra başçısının hədəfində olan Mirzalı Behbudov Bakıya - "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə sığınıb. ASC sədri isə onu himayə etməklə yetinməyib, üstəlik, Mirzalı Behbudov üçün Səhmdar Cəmiyyətin strukturunda nəzərdə tutulmayan yeni idarə - Subartezian Quyularına Servis Xidməti İdarəsini yaradıb. Həmin vaxtdan isə Bakıda biznesini daha da genişləndirən M.Behbudov bu dəfə Xaləddin İsgəndərovun qəzəbinə tuş gəlib:
"Mirzalı Behbudovun Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla münaqişəsinə gəldikdə isə, bu qalmqalın kökündə "maraqlar" gizlənib. İddialara görə, Mirzalı Behbudov Binəqədi rayonundakı bir obyektin tikintisi zamanı icra başçısını aldadıb. İdarə rəisinin onu aldatdığını görə icra başçısı isə tikintini dayandırıb. Mirzalı Behbudov əvvəlcə ica başçısına qarşı güc göstərmək istəyib. Lakin ona bunu etməməyi məsləhət görüblər. Məsləhətçiləri bildiriblər ki, əks halda vergi orqanları ilə ciddi problemi yaranacaq. Onsuz da son bir neçə ayda vergi orqanlarının bir neçə tələbi ilə üzləşən və buna görə ciddi maliyyə itkisinə məruz qalan Mirzalı Behbudov vergi orqanları ilə yeni münaqişənin onun üçün çox ağır ola biləcəyini anlayaraq, Xaləddin İsgəndərovun qarşısından çəkilib. Ancaq icra başçısının tələbini də yerinə yetirməyib. Çox guman ki, Mirzalı Behbudov Xaləddin İsgəndərovun vəzifəsindən kənarlaşdırlcağını gözləyir və yeni obyektin tikintisini bundan sonra davam etdirəcək".
Məlumatlı şəxsin Mia.az-a dediyinə görə, həmişə icra başçıları ilə münasibətləri yaxşı olan Mirzalı Behbudovun Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovdan başqa, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovla da münasibətlərində gərginlik var...
İddialarla bağlı tərəflərdən mövqe öyrənmək mümkün olmayıb. Hər iki tərəfi də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi