05-10-2015 [12:29]
Gəncə Dövlət Universitetində (GDU) rektor və yaxın ətrafının əməllərinə qarşı müəllimlərin etirazları davam edir.
«Reytinq»ə GDU-dan daxil olan məlumata görə, universitetdə baş verən ilginc
hadisələrin mətbuatda işıqlandırılması rektor Yusif Yusifovun özüəməxsus üsullarla
mübarzəyə əl atmasına səbəb olub.
Məlumata görə, mətbuatda tənqidi məlumatların yer alması artıq
rəhbərliyi ciddi şəkildə narahat etməyə başlayıb: «Elə bu səbəbdəndir ki,
rəhbərlik bunun qarşısını almaq üçün «ciddi addım»lar atmağa məcbur olubdur. Həmin
«addımlar»dan biri də universitet müəllimlərinin gizli yolla dinlənilməsidir. Rektor
bu işi ən etibarlı adamı, dekan İldırım Qasımova həvalə edib. Hətta universitetdə
şaiyə yayılıb ki, İldırım Qasımov dekan işlədiyi 2-ci mərtəbədə gizli səsyazma
qurğuları və kameralar yerləşdirib. Bu kameralar vasitəsilə İldırım Qasımov özü
binada olmasa belə, hər şey yazılır və sonra təhlil edilir. Bu aparatlar
vasitəsilə müəllimlər və tələbələr tamamilə dinlənilir. Bundan başqa, İldırım Qasımovun
müavini, həm də kirvəsi Yəhya Namazov da fakültədə «kəşfiyyat»la məşğul olur. Məsələn,
təsadüfən dəhlizdə iki müəllim söhbət eləyən kimi, Yəhya onların yanına gəlir
və söhbətlə maraqlanır. Maraqlı burasıdır ki, girvəsi olan müavindən fərqli olaraq,
digər «zamdekan» - Elxan Ismayılovu isə İldırım Qasımov dekanlığın qapısından
içəri belə buraxmır. Deyir ki, mən, öz fakültəmdə tərbiyə işləri üzrə dekan
müavini ştatını ləgv etmişəm. İndi fakültə 4 nəfər qadın tyutorların əlində
qalıb».
Daha sonra isə rektorun ən etibarlı adamı İldırım Qasımovun kef
məclislərindən çəkilmiş video görüntülərindən (Aşıqlı yaxınlığındakı yeməkxanada
çəkilən həmin videonu «Reytinq»ə göndərəcəklərini vəd ediblər - müəlllif) bəhs edən
şikayətçilər bildirirlər ki, universitet bazara çevrilib.
Şikayətçilər bir müddət əvvəl Təhsil Nazirliyi, daha sonra isə MTN-nin
adıyla GDU-yə «saxta yoxlama» göndərilməsi, həmin yoxlamanı həyata keçirən şəxsin
haqqında da sensasion iddia və faktlardan söz açıblar. Hələlik dövlətin iki nazirliyinin
adıyla saxtakarlıq edən həmin şəbəkənin kimlərdən
ibarət olduğunu dəqiqləşdirmə aparmadan dərc etmirik. Ancaq iddialardan belə aydın
olur ki, əvvəl Təsil Nazirliyinin, sonradan isə MTN-nin adıyla universiteti «yoxlamağa»
gələn şəbəkənin bu dələduzluğu çox təsadüf nəticəsində açılıb. İki mötəbər
qurumun səlahiyyətlərini mənimsəyərək, universitetə gələn, müəllimlərdən izahat
alan şəxsin əslində adi adam olduğu aydınlaşandan sonra isə, bu şok hadisəyə Gəncə
şəhər Nizami rayon Polis Şöbəsi qarışıb. Dələduzluq edən, vəzifə
səlahiyyətlərini mənimsəyən şəxslər haqda cinayət işi açılıb, təhqiqat aparılıb.
Lakin hansısa «sehrli əl» işin təhqiqat mərhələsindən çıxmasına imkan verməyib.
GDU-nun müəllimləri işi aparan müstəntiqin adını, həmçinin bu sensasion
dələduzluq faktı ilə bağlı digər zərruri sənədləri də əldə etdiklərini deyərək,
bunu da qəzetimizə göndərəcəklərini bildriblər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi