04-10-2015 [20:44]
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Azərsun Holdinq” Şirkətlər Qrupunun "Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər.
Açılışda "Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına "Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib. Prezident İlham Əliyev SABIS Sun Beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına məlumat verilib ki, məktəb kompleksində uşaq bağçası, SABIS Sun Beynəlxalq məktəbi və inzibati bina inşa olunub və bu kompleks ən müasir tələblərə cavab verməklə təlim-tədris üçün bütün zəruri avadanlıqla təchiz ediləcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva həmçinin kompleksin uşaq bağçasında, eləcə də SABIS Sun Beynəlxalq məktəbində yaradılan şəraitlə tanış olublar.
Sonra dövlət başçısı və xanımı "Xəyal Adası”nın Qolf klubuna gəliblər və Qolf klubunun binasında Prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb. Qonaqlar Qolf klubunda yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Daha sonra Prezident İlham Əliyev Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri ilə və Qolf Akademiyasında təhsil alanlarla görüşüb. Dövlət başçısı və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Kolin Montqomerie bildirib ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.
Sonra Kolin Montqomerie Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib…

Mia.az Strateq.az-a istinadən bildirir ki, görüş haqda media qurumlarının yaydıqları fotoşəkillərdə diqqət çəkən mühüm məqamlardan biri Azərbaycan Qolf Federasiyasınının prezidenti olan və sonradan Ədliyyə Nazirliyində "Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi kimi dövlət qeydiyyatından keçən təşkilatın sədrinin - ZQAN Holdinqin prezidenti, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun tədbirdə gözə dəyməməsi olub.

Halbuki, indiyədək Azərbaycanda Qolf Federasiyasının, daha sonra isə Qolf Akademiyasının yaradılmasında əsas təşəbbüskar kimi məhz Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı çəkiliib. Hətta düz iki il əvvəl - 2013-cü ilin oktyabrın 2-də təntənəli şəkildə keçirilən Azərbaycan Qolf Federasiyasının inzibati binasının və Qolf Akademiyasının açılış mərasimində Ziya Məmmədovun oğlu Anar Məmmədov Gənclər və İdman naziri Azad Rəhimovla birgə "qırmızı lenti” kəsmişdi. Anar Məmmədov çıxışında isə bildirmişdi ki, Federasiyanın əsas missiyası, hədəfi Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və 2016-cı ildə keçiriləcək növbəti Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularını yetişdirməkdi...
İndi isə bu cümlələr başqa bir şəxsin dilindən səslənir... Üstəlik, belə bir mühüm tədbirə Anar Məmmədovun hər hansı şəkildə gözə dəyməməsi bir çox suallar yaradır: ya onun ölkədən çıxarıldığı, hətta qaçırıldığı haqda deyilənlər, ya da elə Ziya Məmmədov klanının qələminin birdəfəlik qırıldığı haqda deyilənlər gerçəkdir.
Hər halda, aşkar nəzərə çarpır ki, Ziya Məmmədovun oğluna belə bir mühüm tədbirdə Prezident yanında görünmək imkanı tanınmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi