Ziya Məmmədovun direktor bacısı işdən çıxarıldı

img

04-10-2015 [11:17]


Nəqliyyat naziri Ziya Məmmədov daha bir zərbə alıb.

Mia.az İstiqlal.az-a istinadən xəbər verir ki, nazirin bacısı, "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib.

Saytın iddiasına görə, Məhbubə Məmmədovanın işdən çıxarılması Ziya Məmmədovun "vurulması” prosesinin tərkib hissəsidir:

"Son aylar Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. "Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb, yaxın vaxtlarda "Azəryolservis”lə də bağlı analoji addım atılacaq.

Bəzi məlumatlara görə, parlament seçkilərindən sonra ümumiyyətlə Nəqliyyat Nazirliyi ləğv ediləcək, onun yerdə qalan səlahiyyəti İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək. Bundan başqa Ziya Məmmədovun oğlu Anar Əliyevin ölkədən qaçdığı bildirilir. Nazirin qardaşı Elton Məmmədovla, qardaşının qudası Tənzilə Rüstəmxanlı isə parlament seçkilərindən kənarda qoyulub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA