Nizamidə kütləvi aksiya - İcra başçısı hadisə yerinə gəldi - VİDEO

img

03-10-2015 [16:09]


Bu dəqiqələrdə 8-ci km ərazisində yerləşən "Laçın” Ticarət Mərkəzinin qarşısında bir qrup vətəndaş magistral yolu bağlamağa cəhd edib. 

Azinforum.az-ın hadisə yerində olan reportyorunun verdiyi məlumata görə, vətəndaşların etirazına səbəb kimi, Nizami rayon Dövlət Yol Polisi əməkdaşlarının ticarət mərkəzinin qarşısında avtomobillərin park edilməsinə qoyduqları qadağa səbəb olub. Müxbirimiz bildirir ki, aksiyada iştirak edənlərin əksəriyyəti ticarət mərkəzində çalışanlar olub: "Onları məcbur edirlər ki, parkomantlar olan yerdə avtomobillərini saxlasınlar. Satıcılar isə bildirirlər ki, hər gün 10 saat bazarda al-ver edirlər bunun üçün də parkomata gündə 5-6 manat ödəməyə gücləri çatmır.  Hadisə yerinə Nizami rayonuna yeni təyin edilən icra başçısı Arif Qasımovun  gəldiyi və aksiya  keçirənlərə onların avtomobillərinin dayanacaq məsələsi əvvəlki qaydada öz həllini tapacağına dair söz verdiyi deyilir”.

Mia.az Azinforum.az-a istinadən hadisə yerindən çəkilən özəl videokadrları təqdim edir:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA