Zakir Fərəcov planlarını açıqladı; Bu işlər görüləcək - SİYAHI

img

03-10-2015 [00:08]


Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri ilə görüşüb. 

Gənclər qarşısında çıxış edən Z. Fərəcov rəhbərlik etdiyi şəhərin bir sıra problemlərinə toxunub, gələcəkdə həyata keçiriləcək yeniliklərdən söz açıb. İcra Başçısı bildirib ki, Sumqayıt şəhərinin siması tamamilə dəyişəcək və bu istiqamətdə əhəmiyyətli işlər görüləcək: "Sumqayıt şəhərinin əsas girişindən "Göyərçin” abidəsinə kimi olan avtomobil yolu 5 metr sağ və sol istiqamətlərə doğru genişlənəcək. Həmin yola düşən obyektlər söküləcək vəərazidə park salınacaq.

Cəfər Cabbarlı Klubunun qarşısında olan iki mərtəbəli binalar sökülüb yerində hündürmərtəbəli binalar tikiləcək. Azərbaycan prospekti yüksək səviyyədə tam şəkildə düzəldiləcək. Dəniz kənarında batan gəmi istiqamətindən Coratın çıxışına kimi gözəl bir bulvar salınacaq. Bununla yanaşı, Sumqayıtda əzəmətli Heydər Əliyev Mərkəzi tikiləcək. Şəhərin bütün yollarına, o cümlədən məhəllədaxili yollara asfalt örtüyü döşənəcək.

Bağçaların dam örtüyü yeniləcək və istilik sistemi ilə tam şəkildə təchiz ediləcək.

Neqativ hallara yol verən, işləməyən, vətəndaşları incidən bağça və məktəb rəhbərləri ilə bağlı ciddi tədbirlər görüləcək.

Ən əsası Sumqayıtda sumqayıtlılar işləyəcək. Əsas vəzifələrdə Sumqayıt əhalisinə üstünlük veriləcək, əsasən də gənclər üstünlük təşkil edəcək.”

- See more at: http://xeberle.com/az/view/15707/sumqaytda-hans-ciddi-yenilikler-olacaq-icra-bass-ved-verdi-siyahi/#sthash.h4btGC1I.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA