İcra başçısına qarşı etiraz başladı, həbs edilən və döyülənlər var - FOTO, VİDEO

img

02-10-2015 [20:21]


Oktyabrın 2-də Laçın rayon sakinləri aksiya keçirib. Aksiyaya  səbəb rayonun icra başçısı Akif Səlimovun sakinlərə verilməli olan torpaqları başqalarına satmasıdır. 

Aksiya ərazisində etirazçılara polis müdaxiləsi var. 2 nəfər həbs edilib. İlqar Məmmədov və Aslan İbrahimovun hərəsinə 15 sutka inzibati cəza verilib.

Etirazçıların bildirdiyinə görə, həbs edilənlər polis bölməsində döyülüb. Aslan İbrahimovun ürək xəstəliyindən əziyyət çəkdiyini dəyən anası Sahibə İbrahimova MeydanTv-yə deyib ki, oğlunun həkimə ehtiyacı olsa da, yanına həkim buraxılmır.


Şahidlərin sözlərine görə, Laçın rayon polis şöbəsində müvəqqəti saxlama təcridxanası olmadığı üçün həbs edilənlər Ağcabədi rayonuna göndəriliblər.

Meydan TV


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA