02-10-2015 [18:40]
Ölkəni ən etibarlı və keyfiyyətli mobil rabitə ilə təmin etməklə yanaşı, enerjiyə qənaət edən, sərfəli və təmiz, həm də tükənməz enerji mənbəyi olan günəşdən yararlanmaqla böyük stansiyalar bazasında işləmək. Ilk baxışdan mümkünsüz görünsə də, ətraf mühitin mühafizəsinə böyük önəm verən ölkənin lider mobil operatoru Azercell Telekom şirkəti üçün artıq belə iş rejimi adi hala çevrilməkdədir.
Radio baza stansiyaları mənbə aldığı elektrik enerjisinin kəsintisi zamanı akkumulyatorları yanacaqla işləyən generatorlar vasitəsilə işə düşür. Bu zaman havaya müəyyən miqdarda karbon qazı atılır. Ətraf mühitin təmiz saxlanılmasına diqqət yetirən Azercell maksimum səviyyədə ekoloji zərərsiz olmaq niyyətindədir. Bu səbəbdən Azercell hazırda Northern Automation şirkəti ilə birgə hibrid enerji sistemlərinin tətbiqinə keçid üzərində çalışır. Xatırladaq ki, hələ 2009-cu ildə Azercell ölkədə və regionda günəş enerjisi ilə çalışan ilk "yaşıl” radio baza stansiyasını işə salmışdı. Əvvəlkilərə nisbətən yeni Litium akkumulyatorlar daha tez – cəmi 2,5 saata tam enerji ilə dolur. Bu da cihazın yarımçıq halda işə düşməsinin qarşısını alır, cihazın uzunömürlü olmasına təsir göstərir. Bundan əlavə, Litium akkumulyatorları yüksək temperaturlara da davamlıdır. Adi akkumulyatorlar maksimum 25 dərəcə istidə çalışdığı halda, yeniləri 45 dərəcədə normal işləyir və kondisionerə ehtiyac olmur. Bu da generatoru az işlədir və yanacaq sərfi azalır.
Artıq Azercell tərəfindən 2 belə akkumulyator alınıb və yerlərdə quraşdırılıb, sınaq testləri aparılır. Hazırda Güzdək və Cəlilabadın Ağusəm kəndindəki RBS-lərdə məhz belə akkumulyatorlar fəaliyyət göstərir. Bundan əlavə, Azerell tamamilə elektrik enerjisinin iştirakı olmadan, günəş enerjisi ilə çalışan iki ədəd yeni sayt da quraşdırıb. Huawei şirkəti ilə birgə quraşdırılan bu stansiyalar gündüz yalnız günəş enerjisi hesabına işləyir. Adi qaydada bir generator ay ərzində 200 saat işləyib 500 litrdən çox yanacaqdan istifadə edir. Günəş enerjisi ilə işləyən saytlarda isə generator 6 ay ərzində cəmi 30 saat işləyərək 75 litr yanacaq sərf edib.
![]()
Qeyd edək ki, ekologiyanın qayğısına qalaraq abunəçilərini yüksək keyfiyyətli şəbəkə ilə təmin etmək üçün ən müasir avadanlıqlardan istifadə edən Azercell hazırda ölkə üzrə ümumilikdə 4932 2G/3G/4G radio baza stansiyasına və 1464 ikinci daşıyıcı stansiyaya malikdir və bu saytların sayı daim artırılır. Təkcə bu ilin avqustunda 60-a yaxın yeni radio baza stansiyası quraşdırılıb.
Beləliklə, Azercell nəinki rabitə keyfiyyətini mükəmməlləşdirir, həmçinin yaşıl RBS-lərin sayını artırmaqla Azərbaycan xalqının sağlamlığını və gələcəyini düşünür, ətraf mühiti qoruyur və hər kəsi belə təşəbbüslərə qoşulmağa çağırır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi