02-10-2015 [15:45]
Oktyabrın 1-dən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılışı ilə bağlı daha sərt addımlar atılıb. Bu barədə Avtosfer.az-a sürücülər məlumat veriblər. Bildirilir ki, artıq iki gündür Bakı-Sumqayıt yolunda qurulan DYP postunda seriyası 99-la başlayan avtomobilləri də saxlayaraq Bakıya buraxmırlar. Bunun nəticəsində iki gündür Bakı-Sumqayıt yolunda dəhşətli tıxac əmələ gəlir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirdi ki, həqiqətən də rayon qeydiyyatında olan və nömrəsi 99-la başlayan nəqliyyat vasitələrinin Bakıya buraxılışı məhdudlaşdırılıb: «Səbəb isə odur ki, verilən qərar bütün nəqliyyat vasitələrinə aiddir. Yol polisi əməkdaşları da 99-la başlayan nömrəsi olan avtomobilləri saxlayıb yoxladıqdan sonra müvafiq qərar verirlər. Əgər maşın Bakı qeydiyyatındadırsa, onu şəhərə buraxırlar. Rayon qeydiyyatında olan 99 seriyalı maşınlar isə duracaqda saxlanılır. Biz sürücülərə müraciət edirik ki, yol polisinin işini çətinləşdirməsinlər. Əgər seriyası 99-la başlayan və rayon qeydiyyatında olan maşınla Bakıya gəlmək istəyirlərsə, qaydalara mütləq əməl etsinlər. Təyin olunmuş vaxtda gəlsinlər və ya maşını duracaqda saxlayıb saat 21:00-dan sonra Bakıya daxil olsunlar. Artıq yol polisləri müvafiq postlarda 99-la olan bütün maşınları yoxlayır».
Bu gün Sumqayıtdan olan bir sürücü Avtosfer.az-a bildirdi ki, onunla eyni məhəllədə yaşayan, lakin avtomobilin nömrəsi 10-la olan qonşusu Bakıya rahat gəlib-gedə bilir: «Lakin mənim maşınımın nömrəsi 99-la başladığı üçün şəhərə buraxmırlar. Bu, nə dərəcədə obyektiv qərardır? Üstəlik, məndən tələb edirlər ki, maşını duracağa qoy, avtobusla Bakıya get. Amma heç kim zəmanət vermir ki, həmin duracaqda maşınıma nəsə olsa dəyən ziyanı kim ödəyəcək. Orada heç kamera da yoxdur. Hansısa başqa bir maşın mənim maşınımı sürtüb getsə necə sübut edəcəm?».
Baş DYPİ-nin şöbə rəisi Kamran Əliyev bu məsələyə də münasibət bildirdi. Onun sözlərinə görə, həmin duracaqlar dövlət tərəfindən tikilib istifadəyə verilib və mühafizə olunur: «Duracaqlar kamera ilə müşahidə edilir. Təbii ki, duracaqda avtomobilə hər hansı ziyan dəyərsə dövlət tərəfindən ödəniləcək».
Bu gün Avtosfer.az-a müraciət edən daha bir sürücü isə bildirib ki, dünən axşam rayon qeydiyyatı olan maşını ilə Bakıya gəlib. Bu gün isə «20 Yanvar» metrostansiyasının yaxınlığında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onun maşınını saxlayaraq cərimə meydançasına aparıblar: «Mənə bildirdilər ki, rayon maşınlarını Bakıda sürmək olmaz. Soruşdum ki, axı bu barədə heç bir qərar yoxdur. Maşınları ancaq şəhərə buraxmaqla bağlı məhdudiyyət var. Lakin onlar mənə bildirdilər ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nüşrəvan Səfərovun göstərişi var ki, Bakıda sürülən rayon maşınlarını saxlayıb cərimə meydançasına aparın. Mənim etirazlarıma baxmayaraq maşınımı cərimə meydançasına apardılar».
DYP rəsmisi Kamran Əliyev qeyd etdi ki, Bakıda idarə olunan rayon maşınlarının saxlanılması, cərimə edilməsi və ya cərimə meydançasına salınması barədə heç bir məhdudiyyət və qərar yoxdur: «Ola bilsin ki, həmin sürücünün başqa problemi olub. Sənədləri qaydasında olmayıb və ya ödənilməmiş cəriməsi olduğu üçün avtomobil cərimə meydançasına aparılıb. Amma ümumilikdə, Bakıda idarə olunan rayon maşınlarına qarşı hər hansı tədbir görülməsi üçün qərar yoxdur».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi