Prezident polo növü üzrə Azərbaycan yığmasının üzvləri ilə görüşüb

img

02-10-2015 [14:52]


Prezident İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

Görüş zamanı dövlət başçısının çıxışı olub. Daha sonra komandanın üzvü Elçin Camallı, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev çıxış edərək ölkəmizdə idmana, atçılığın və onun polo növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkür ediblər.
Sonra Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olunub.
Dövlət başçısı əldə edilmiş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd edib.
Polo üzrə milli komandamızın məşqçisi Silvester Qarros çıxış edərək ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA