01-10-2015 [21:18]
Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verənlər KİV-in diqqətindədir. Onun vəzifədən azad edildiyi və ölkədə olmadığı barədə xəbərlər yayılır.
Z.Məmmədovun baş verənlər barədə müəmmalı şəkildə susması onun himayəsi altında olan iş adamlarının narahatlığına səbəb olub. Onlar artıq nazirin "kitabının bağlandığını” hiss edərək Z. Məmmədovun ətrafını tərk etməyə başlayıblar. Nazirin hazırda harada olması barədə aydın informasiyanın yoxluğu vəziyyəti daha da qəlizləşdirib.
Z.Məmmədovun ölkəni tərk etdiyi, hətta oğlu Anar Məmmədovun həbs olunması barədə intensiv olaraq məlumatların yayılması nazirin himayəsində olan biznes elitasını qorxuya salıb. Bütün bunlar isə nəqliyyat nazirini narahat etməyə başlayıb.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, məzuniyyətdə olan nəqliyyat naziri Ziya Məmmədov ölkəni tərk etməyib. O, dincəlmək üçün doğma rayonunu seçib. Hazırda doğluduğu Ucar rayonunun Qazıqumlax kəndindəki malikanəsində olan Z. Məmmədov adı baş verənləri müzakirə etmək üçün bu gün kənddəki malikanəsində özünə yaxın iş adamlarının və yaxınlarının iştirakı ilə toplantı keçirib. Toplantının təfərrüatları bəlli olmasa da, nazirin bu görüşü keçirməklə özünə yaxın olan iş adamlarına "heç yerə getmirəm, yerimdəyəm” mesajını verməsi anlamına gəlir.
Qeyd edək ki, son günlər nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarılacağı və yaxud, onun öz ərizəsilə işdən azad olunmaq istədiyilə bağlı xəbərlər yayılıb. Bundan başqa, yazılanlara görə, Ziya Məmmədov məzuniyyətdən işə qayıtmayacaq.
Son günlər ərzində nəqliyyat nazirinin adı ətrafında maraqlı hadisələr cərəyan edir. Ölkədə "nəqliyyat kralı” sayılan Ziya Məmmədov bir-birinin ardınca səlahiyyətlərini itirib. Taksilərə lisenziya verilməsi Nazirlikdən alınaraq ASAN Xidmətə verilib, onun himayəsnidə olan Bakı Avtovağzalına yeni rəis təyin edilib. Paytaxtda sərnişin daşınmasının ondan alınaraq Bakı şəhər icra hakimiyyətinə verilib. Sonuncu dəfə isə Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan "Azərbaycan Dəmir Yolları” QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib.
Bundan başqa, məlum olub ki, "Bakı Sərnişindaşınma” MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi formalaşdırılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək.
Buna baxmayaraq Nəqliyyat Nazirliyi Z. Məmmədovun işdən çıxarılması barədə xəbərləri qəzəbli şəkildə təkzib edib. "Son günlər kütləvi informasiya vasitələrində Nəqliyyat Nazirliyilə bağlı cəfəng xəbərlər gedir. Yayılan xəbərlərin heç biri həqiqətə uyğun deyil”, - deyə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov KİV -ə açıqlamasında bildirib. Qurum rəsmisinin sözlərinə görə, hazırda nazir məzuniyyətdədir və işə ayın 20-də çıxacaq."Nazirin işdən çıxması ilə bağlı yayılan bütün sözlər şayiədir”– deyə Namiq Həsənov bildirib.
Bütün hallarda Ziya Məmmədovun səlahiyyətlərinin xeyli azaldıldığı göz önündədir. Odur ki, hazırda vəziyyətlə bağlı aydın izahat almaq üçün çalışan nazirin ətrafındakı böyük biznes dairəsinin dağılmasından da təşvişə düşdüyü aydın olur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi