İlham Əliyev Şimon Pereslə görüşdü

img

01-10-2015 [20:00]


Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq Prezidenti Şimon Peresi qəbul edib. Mia.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. 

 Görüşdə Prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlanıb. İsrail Dövlətinin sabiq Prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA