Ali baş komandan orduyla bağlı sərəncam verdi; Çağırış başladı

img

01-10-2015 [15:41]


Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr tarixli sərəncamına əsasən, hərbi çağırış oktyabr ayının 1-dən 31-dək davam edəcək.

Həmçinin, hərbi xidmətini başa vurmuş müddətli həqiqi hərbi xidmət qulluqçuları bu gündən etibarən ordudan tərxis olunmağa başlayacaqlar.

Orduya 1997-ci ildə doğulmuş və oktyabrın 1-dək 18 yaşı tamam olan, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan şəxslər çağırılır.

Qeyd edək ki, sentyabrın 30-dan etibarən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidməti aktivləşib.

Belə ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçılar sentyabrın 30-dan etibarən təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsiyyət vəsiqələrinin seriya nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə öyrənə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA