Prezident İlham Əliyev hakimi işdən çıxardı, yerinə təyinat etdi - SƏRƏNCAM

img

01-10-2015 [14:39]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsasən Qurban Rəşid oğlu Abbasov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Qazax Rayon Məhkəməsinin hakimi təyin olunub.

Onu da qeyd edək ki, bir müddət əvvəl Məhkəmə-Hüquq Şurası Qurban Abbasova xəbərdarlıq etmişdi.

Q.Abbasov 1952-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 26 Bakı komissarı (indi Səbail) Rayon Xalq Məhkəməsində məhkəmə icraçısı, Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsi, məhkəmə icraçısı, baş məhkəmə icraçısı, 8 saylı Hüquq Məsləhətxanasında vəkil, Bakı şəhər 8 saylı Hüquq Məsləhətxanasının müdiri, Respublika Apellyasiya Məhkəməsinin hakimi çalışıb.

2007-ci ildən indiyədək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (əvvəlki adı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi olub) hakimi idi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA