01-10-2015 [14:20]
Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev və onun işçilərinə qarşı sərt ittihamlar irəli sürüb.
Bu barədə Strateq.az vasitəsiylə ölkə rəhbərliyinə müraciət edən Elşən Uluxanlı bildirir ki, 2015-ci ilin mart ayında Sabunçu rayonu, Bakıxanov qəsəıbəsi, Ülvi Rəcəb küçəsi, 3 nömrəli evin qarşısında daş hasarın işində sahəsi 0,028263 ha torpaq sahəsi alıb. Ancaq "kupça"sı olan torpaq sahəsinin hasarı Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz olaraq sökülüb.
Şikayətçi yazır ki, bununla bağlı icra başçısının qəbuluna düşmək istəyib:
"Lakin məni Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Rəfaelin yanında göndərdilər. Bu adam dedi ki, bəs guya qonşuların narazılığına əsasən hasarım dağıdılıb. Mən buna etiraz edərək, mənim qanuni mülkiyyətimdə olan torpaq sahəmin daş hasarını məhkəmə qərarı olmadan sökülməsinin kobud qanun pozuntusu olduğunu bildirdim. Rəfael kobud şəkildə "Get qonşuları razı sal, ondan sonra hasarı bərpa edə bilərsən" cavabı verdi. Mən bundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I-ci müavini Güloğlan müəllimin qəbuluna bir təhər düşüb, problemi dedim. Bundan sonra o, Rəfaelə zəng edərək "qanuni sənədi var, yoluna qoy, getsin” dedi. Bundan sonra hasarımı bərpa etməyə cəhd elədim. Həmin vaxtı yaxınlıqda olan iki mərtəbəli binanın sakinlərindən üç nəfər mənə yaxınlaşdı. Onlara da sənədləri göstərib, qanuni iş apardığmı sübut elədim...".
Birlik sədri bildirib ki, növbəti dəfə Rəfaelin "oyun"una düşüb:
"Rəfael gəlib dedi ki, guya ona qonşular zəng edib, narazılıq var. Etiraz elədikdə, bir qonşu oğlu ilə birlikdə üzərimə hücum etdilər. Özümü müdafiə edə bilməyəcəyimi gördükdə, dərhal yaxınlıqdakı 13-cü Polis Bölməsinə getdim. Bundan istifadə edən Rəfael bir daha qanunsuz olaraq mənim mülkiyətimdə olan torpaq sahəsinin daş hasarını darmadağın etdirdi...".
Elşən Uluxanlı bildirir ki, uzun cəhdlərə baxmayaraq, nəhayət, bir dəfə Adil Vəliyevlə danışa bilib: "Sabunçu Rayon İcra Hakimiyyətinin binası qarşısında Adil Vəliyevə yaxınlaşıb üzləşdiyim problemlə əlaqədar ona məlumat vermək istəyəndə, o, mənim sözümü kəsib "Məsələdən xəbərim var, sənəd (yəni Reyestrdən çıxarış) saxtadır, məhkəməyə verəcəyik,”-dedi. Anlaya bilmirəm, axı dövlətin sənədi necə saxta ola bilər ki?! Bu oyunun məqsədi nədir, başıma açıalan oyunlar nəyə hesablanıb?!".
Bu sualların cavabları haqda bəlli iddialar irəli sürən birlik sədri bildirir ki, baş verənlərdən sonra ölkə rəhbərliyinə yazdığı şikayətlərə Başçının I müavini Güloğlan Məmmədovun imzası ilə qanunsuzluğa haqq qazandırmağa cəhd edən məktub alıb. Bundan əlavə, 21.09.2015-ci il tarixdə Adil Vəliyevin köməkçisi Müslüm müəllimin ona zəng edərək, hüquq şöbəsinin müdiri Neman müəllimin qəbuluna gəlməsini bildirib. Ancaq əhəmin qəbulda Neman məhkəmə araşdırması və qərarı olmadan söküntüyə haqq qazandırıb. Üstəlik, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın saxta olduğunu iddia edib: "İcra Hakimiyyətinin məsul şəxslərinin bu hərəkət və əməlləri heç bir əndazəyə sığmır. Ona görə, ölkə rəsmilərindən və mətbuatdan problemlərimə diqqət ayırmalarını xahiş edirəm!".
Sonda isə icra başçısı və onun əməkdaşlarının qanunsuz əməlləri haqda fotolar və sensasion səsyazmalardan da bəhs edən birlik sədri çox sərt ittihamlar səsləndirib.
Məsələ ilə bağlı İcra Hakimiyyətindən münasibət öyrənə bilmədik. Onları da dinləməyə hazırıq.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi