Sumqayıt yolundan istifadə edənlərə - Xəbərdarlıq

img

01-10-2015 [14:04]


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.

Bakı-Sumqayıt şossesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.Tikinti işlərini aparan "Körpü-Bina-Tikinti" MMC tərəfindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək. Sürücülərə alternativ olaraq Binəqədi şossesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA