01-10-2015 [12:57]
Bu ilin sentyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 828 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında aparılan monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.
Sentyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətində atəşkəsin 229 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə (171 dəfə) Füzuli rayonu gəlir.
Qarabağ cəbhəsi üzrə sentyabrda Tərtər rayonu istiqamətində atəşkəs 83, Xocavənd rayonu istiqamətində 58, Cəbrayıl rayonu istiqamətində isə 51 dəfə pozulub.
Cəbhə xəttində gərginlik yaradan Ermənistan ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 104, Tovuz istiqamətində 24, Gədəbəy rayonu istiqamətində 27, Qazax rayonu istiqamətində 59, Göygöl rayonu istiqamətində 15, Ağstafa rayonu istiqamətində isə 7 dəfə pozub.
Ötən ay erməni silahlı bölmələrinin diversiya qrupunun 2 üzvü, habelə18 hərbi qulluqçusu öldürülüb. Düşmənin çoxlu sayda yaralısı olub.
Sentyabrda Azərbaycan Silahlı Qüvvələri də itki verib. Hərbi qulluqçular Məmmədov Elşən Vaqif oğlu, Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Daha 3 hərbi qulluqçumuz isə yüngül qəlpə yaraları alıb.
Ötən ay Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı da zərərsizləşdirilib. Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib. Qeyd edək ki, avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 836 dəfə pozmuşdu. (APA)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi