01-10-2015 [12:47]
Fransanın nüfuzlu "Le Nouvel Observateur” qəzetində Avropa Parlamentinin ölkəmizin əlehinə qəbul etdiyi qətnaməni tənqid edən məqalə dərc edilib.
Mia.az xəbər verir ki, məqalədə 10 sentyabr tarixində Avropa Parlamenti qəbul etdiyi qətnamə qərarında gələcəkdə Bakının Avropa İttifaqının əsas ticarət potensialı ola biləcəyini unudulduğu vurğulanıb:
"Sözügedən qətnamədə AP insan hüquqlarının müdafiəsi mövzusuna qırmızı xətt çəkir. Əgər rəsmi Brussel özünü insan hüquqları keşikçisi hesab edirsə və gələcəkdə Bakı ilə müxtəlif formada əlaqələrini gücləndirmək istəyirsə beynəlxalq münasibətlərdə vacib sayılan fundamental amilləri nəzərə almalıdır. Qeyd etmək olar ki, beynəlxalq münasibətlərdə təhtid qarşılıqlı münasibətlərə əks təsir göstərir.
Beləliklə, sual yaranır ki, Avropa Birliyinin bu üsullardan şərq sərhədlərində yerləşən dövlətlərə qarşı istifadəsi nə dərəcədə AB maraqlarına cavab verir?
Xatırlayın, Gürcüstan NATO-ya qoşulmaq arzusunda olarkən Cənubi Osetiya və Abxaziyanı itirdi, Ukrayna Avropa İttifaqı ilə əməkdaşlıq memorandumu imzalayan dövrdə Krımın Rusiya tərəfindən işğalına məruz qaldı. Bundan əlavə Rusiyanın regionda hegemonluğu keçmiş sovet ölkələrini rəsmi Moskva ilə əlaqələrini gücləndirməyə sövq edir”.
Məqalənin müəllifi İlan Scialom qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda yerləşən yeganə Şərq Tərəfdaşlığı ölkəsidir ki, nə Avropa İttifaqı ilə, nə də ki, Rusiyanın təsiri altında olan Avrasiya İttifaqı ilə əməkdaşlığa dair assosiativ memorandum imzalamayıb:
"Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Azərbaycan ilə münasibətlərin soyumasına səbəb olur və ölkəni Rusiya yönümlü siyasət aparmağa sövq edir. Eyni zamanda belə bir qətnamənin qəbul olunması digər qonşu dövlətlərə negativ siqnal verir və onlarda belə bir sənədin növbəti qurbanının hansı ölkə olacağı düşüncəsini yaradır.
Azərbaycan Avropa İttifaqı üçün regionda mühüm rol oynaya biləcək ölkədir. Rusiya, İran və Türkiyə ilə həmsərhəd olması Azərbaycanın mühüm strateji coğrafi mövqeyi olduğunu təsdiq edir. Eləcədə bir neçə digər mühüm faktorlarla da Azərbaycanın Aİ üçün əlverişli əməkdaş dövlət olduğunu sübut etmək olar. İlk olaraq bu sırada TAP və TANAP layihələri vasitəsi ilə enerji təminatı, Xəzər dənizi vasitəsilə Türkmənistan qazının Avropa İttifaqına çatdırılması və eləcə də Azərbaycanın regionda terrorizmə qarşı olan əməliyyatları vurğulanmalıdır. Bununla belə, ilk dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Avropadakı tərəfdaşlarından demokratik dəyərlərin təbliğinə dair aydın strategiyanın ortaya qoyulmasını gözləyir.
Təbii ki, insan hüquqları önəmli bir faktordur, lakin belə bir sərt qətnamənin qəbul olunması gələcəkdə bizə Putin höküməti tərkibində olan Azərbaycanı haqqında xatirələr vəd edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi