Nazir Oqtay Şirəliyevin qızı erməni aktyorla dostluq edir-Foto

img

01-10-2015 [12:43]


80 illik yubileyi ərəfəsində SSRİ Xalq artisti Armen Borisoviç Ciqarxanyan "Rossiyskaya qazeta”ya verdiyi müsahibədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nara Şirəliyeva ilə uzun illərdir davam edən dostluğundan danışıb.

"Mən erməniyəm və mənim azərbaycanlılarla tamamilə heyrətamiz, dostluq münasibətlərim var. Mənim uzun illik rəfiqəm, "Kultura” telekanalında aparıcı olan Nara Şirəliyeva azərbaycanlıdır”, - deyə, artist bildirib.

Qeyd edək ki, Nara Şirəliyeva uzun illərdir Rusiya televiziyasında çalışır. O, həmçinin hakim "Yedinaya Rossiya” partiyasındakı aktiv fəaliyyəti ilə məşhurdur və hətta Vladimir Putinin müvəkkili qismində seçkiqabağı kampaniyada iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA