01-10-2015 [11:56]
Bakı Ağır Cinayətlər Məhkəməsində 3,6 milyon manatı dələduzluqla ələ keçirməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun məhkəməsi davam etdirilir.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə istintaqı davam etdirilən işdə Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu, hazırda Gömrük Komitəsində vəzifə tutan mayor Tağı Nağıyevin, "Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundovun və MTN işçisi kimi tanıdılan Eminin adı hallanır. Rəfael Rəsulovun oğlu Orxan Rəsulov və adıçəkilən digər iki şəxs məhkəmədə zərərçəkmiş qismində tanınır.
Belə ki, Orxan Rəsulov Emin adlı şəxsdən 30 min manat alıb Araz Eyvazova verdiyini bildirib. Araz Eyvazovla qeyd olunan şəxslər birgə biznes qurublar. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Gömrük Komitəsinin mayoru Tağı Nağıyev ifadə verərək bildirib ki, biznes qurmaq üçün 450 min manat pul verib: "Pulun 170 minini Orxana verdim, o da yanımda Araza verdi. Amma 280 min dolları birbaşa Orxana vermişəm”.
"Şərur İsfəndiyar”ın qardaşı oğlu Eldəniz Axundov məhkəmədə ifadəsi zamanı Araz Eyvazova verdiyi 2 milyon 770 min manatı tələb edib. Orxan Rəsulov isə Araz Eyvazova 370 min manat verdiyini deyib. Qeyd edilən pulların geri qaytarılmadığı bildirilir.

Təqsirləndirilən tərəf bildirib ki, E.Axundovun verdiyi pulla alınan mallar onun sahibi olduğu "AQAT” restoranın və "Həyat” klubun anbarında saxlanılıb. İbtidai istintaq zamanı həmin yerlərə baxış keçirilməsi ilə bağlı təqsirləndirilən Araz Eyvazov tərəfindən vəsatət verilsə də, istintaq buna məhəl qoymayıb. Sonradan isə həmin mallar oradan yoxa çıxıb. Məşhur oliqarxın qardaşı oğlu olan Eldəniz Axundov hazırda bankların birində müdir müavini vəzifəsində işləyir. Bu oliqarxların "biznes davası” Bakı Ağır Cinayətlər Məhkəməsindən öncə dəstə formasında hədə-qorxu ilə tələb etmə, sonra isə Xətai rayon prokurorluğunda açılan cinayət işi ilə davam edib.
2013-cü ilin noyabr ayında Araz Eyvazov Xətai rayon prokurorluğuna müraciət edərək bildirib ki, Orxan Rəsulovdan bir neçə dəfə sələminə pul götürüb və artıqlaması ilə qaytarıb. Lakin Orxan Rəsulov, atası Rəfael Rəsulov və Tağı Nağıyev onu 720 min dollar pulu qaytarmayacağı halda özünü və ailə üzvlərini öldürəcəyi ilə hədələyib.Noyabrın 7-də günorta saat 12 radələrində keçmiş icra başçısı Rafael Rəsulov Xətai rayonunda yerləşən "Optimal” servisin qarşısında Araz Eyvazovu döyüb və pulu qaytarmacağı təqdirdə onu əlindəki bıçaqla öldürəcəyi ilə hədələyib.

Şikayətlə bağlı Xətai rayon prokuroru, baş ədliyyə müşaviriYusif İldırımzadənin qərarı ilə hadisədə cinayət əməli mövcud olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) cinayət işi başlanıb.
R.Rəsulov ona cinayət işi açılan zaman Nəqliyyat Nazirliyində vəzifə tutub, hazırda həmin vəzifədə işini davam etdirir.
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun qudası tərəfindən verilən qərar sabiq icra başçısının və sabiq Akedemiya rəisinin oğlunun həbsini yaxınlaşdırıb. Bundan sonra Rafael Hüseynovun digər qohumları Araz Eyvazovun ailəsi ilə danışıq aparıb. Nəticədə cinayət işində adıçəkilən hər 3 şəxs prokurorluqda Araz Eyvazov və onun ailə üzvlərinə heç bir zərər verməyəcəklərinə dair yazılı iltizam alınıb. Bundan sonra hazırda təqsirləndirilən şəxs olan A.Eyvazov barışıq ərizəsi verib.
Polis Akademiyasının rəisi, general-mayor Ramiz Nağıyev 2011-ci ildə təqaüdə göndərilib. Qeyd edək ki, iddia olunan 3,6 milyon dollar pul biznes qurmaq üçün 2012-ci ildə verilib. Amma hər üç şəxsin A.Eyvazova pul verdiyinə dair heç bir sənəd yoxdur. Çünki milyonlarla pulun verilməsi zamanı heç bir notariat müqavilə imzalanmayıb. Məsələ ilə bağlı 1 il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib. Hazırda proses davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi