Prezident Ziya Yusifzadə ilə bağlı başsağlığı verdi

img

30-09-2015 [17:13]


Prezident İlham Əliyev və hökumət üzvləri general Ziya Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Nekroloqda bildirilir ki, Ziya Yusifzadə ömrünün 70 ilə yaxın bir dövrü Azərbaycan dövlət idarəçiliyi sistemində keçirib. Müstəqil Azərbaycanın dövlət təhlükəsizliyi sistemi formalaşdırılarkən milli kadrların hazırlanması işinin müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var. Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının geniş dünyagörüşlü, peşəkar kadrlar yetişdirən xüsusi təyinatlı, mötəbər ali təhsil ocağı kimi təşkilində Ziya Yusifzadənin fəaliyyəti təqdirə layiqdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA