Abid Şərifov vida mərasimində ağladı - Fotolar

img

30-09-2015 [15:28]


Bu dəqiqələrdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə ilə vida mərasimi keçirilir.

Mia.az AzVision.az-a istinadən xəbər verir ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Baş nazirin müavini Abid Şərifov, Daxili İşlər Naziri Ramil Usubov, Səbailin icra başçısı Eldar Əzizov və digər tanınmış şəxslər, dövlət rəsmiləri iştirak edir.

Generalın ölümündən təsirlənən Abid Şərifov göz yaşlarına hakim ola bilməyib. Eldar Əzizovla yanaşı əyləşən A.Şərifovun ağlaması diqqətdən qaçmayıb.

Qeyd edək ki, bundan öncə də A.Şərifov Soma faciəsi ilə bağlı çıxışında qəhərlənmişdi.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə bu gün 86 yaşında dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA