Daxili İşlər Nazirliyində kütləvi ixtisar; 140 işçiyə 4 gün möhlət verildi

img

30-09-2015 [14:23]


Daxili İşlər Nazirliyi Çevik Polis Alayında kütləvi ixtisarlar başlayıb.

"Qafqazinfo”ya daxil olan məlumata görə, ÇPA-dan 140 nəfərin işdən azad olunacağına dair əməkdaşlara xəbərdarlıq edilib. Qərar onların fiziki göstəricilərinin DİN orqanları əməkdaşlarına uyğun olmaması ilə əsaslandırılıb.

Alay Komandirinin Şəxsi Heyət üzrə müavini, polis polkovniki Rəcəb Rəcəbov ÇPA əməkdaşlarına 4 gün möhlət verib.

Məlumatda qeyd olunur ki, ixtisarlarasəbəbpolis əməkdaşlarının boylarının standartlara uyğun olmaması göstərilir. Bundan başqa bir neçə il öncə pensiya yaşına çatan və hər hansı səbəbdən xidmətdə vəzifəsinə davam edən bir çox polis əməkdaşı da təqaüdə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA