Sumqayıta yeni rəis gəldi - Kadr dəyişikliyi

img

30-09-2015 [11:02]


Bu günlərdə Sumqayıt Qaz istismarı İdarəsinin rəisi Malik Cəbrayılov tutduğu vəzifədən azad olunub. Onun yerinə Namiq Qorxmaz oğlu Tarverdiyev təyin olunub.

Qeyd edək ki, N. Tarvrdiyev 1980-ci ildə anadan olub. Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayır. Buna qədər o, Yevlax rayonu Qaz İstismarı İdarəsinin və Bakı şəhəri Xəzər rayonu Qaz İstismar İdarəsinin rəis əvəzi işləyib.

Xatırladaq ki, Sumqayıt Su-Kanal İdarəsinin rəisi Həmdulla Əliyev vəzifəsindən azad olunmuş və onun yerinə Darvin Hüseynov təyin olunmuşdu.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov çıxışlarının birində şəhər təsərrüfatına, eləcə də kommunal sahəyə rəhbərlik edən şəxslərin yerli kadrlarla əvəz ediləcəyini vurğulamışdı.

Görünür ki, Z.Fərəcov məhz sumqayıtlı olan kadrlara daha çox önəm verir və bu islahatların bundan sonra da davam edəcəyi bildirilir.

Xeberle.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA