30-09-2015 [09:22]
Yəqin ki, hər bir sürücü həyatında heç olmasa bir dəfə sürət həddini aşaraq radara düşüb və buna görə cərimə ödəyib. Heç şübhəsiz, sürücülər arasında tanınmışlar, məşhurlar da olmamış deyil və onlar da nə vaxtsa bu "sınaq”dan çıxıblar.
Mia.az xəbər verir ki, Trend sükan arxasında əyləşən məşhurlara "Radara düşmüsünüzmü” sualı ilə müraciət edib.
Milli Məclisin deputatı Qalib Salahzadəbildirib ki, 44 ildir sükan arxasında olsa da, indiyə qədər radara düşməyib: "Mən biraz təmkinli adamam. Çalışıram ki, həyatda tələsməyim. Bunu maşında da edirəm. 1971-ci ildən avtomobil sürürəm: sakit, rahat və səliqəli. Buna görə də radara düşmürəm. Yol polisi ilə heç zaman problemim olmayıb. Qaydalara əməl edərək maşın sürürəm, sağ olsun, onlar da məni saxlamırlar. Son illər isə ümumiyyətlə maşın sürmürəm, bu işi sürücüm görür”.
Milli Məclisin deputatı, professorKamilə Əliyevabir neçə ildir sürücülüyə başlasa da, radara düşməyib: "Mən maşını ehtiyatla sürürəm. Hətta bəzən olur ki, müəyyən olunmuş sürət həddindən aşağı sürətlə idarə edirəm. Bu səbəbdən indiyə qədər radara düşməmişəm. Yol hərəkəti qaydalarına da riayət edirəm. Əslində, bunu hamı etməlidir. Bu, ilk növbədə, sürücülərin və piyadaların təhlükəsizliyi üçün vacibdir. Tam səmimi deyəcəyəm, bütün qaydalara riayət etdiyimə görə yol polisi indiyə qədər maşınımı saxlamayıb. Buna səbəb olmayıb”.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədriSeymur Orucovbir dəfə radara düşüb: "Rayondan Bakıya gələndə bir dəfə radara düşmüşəm. Sürücülük təcrübəmdə bu, bir ilk olub. Buna görə də cərimə ödəmişəm. O ki qaldı yol polislərinə, onlarla aramda indiyə qədər hər hansı problem olmayıb. Çox nəzakətlə davranıblar. Yəqin ki, onlar olmasaydı, yolda qəzaların sayı sürətlə artar, avtoxuliqanlıq daha geniş yayılardı”.
İqtisadçı ekspertVüqar Bayramovda bir dəfə radara düşüb: "12 ildir ki, avtomobil idarə edirəm. Bunun iki ili ABŞ-da, 10 ili isə Azərbaycanda olub. Demək olar ki, hər gün maşından istifadə edirəm. Bu müddətdə yalnız bir dəfə radara düşmüşəm. Özü də ciddi sürət artımı olmayıb. Buna görə cərimə ödəmişəm. Yol polisləri sima olaraq televiziyadan bizi tanıyırlar. Çox hörmətlə yanaşırlar. Mən də çalışıram ki, heç bir halda qaydanı pozmayım”.
Avtosfer.az saytının baş redaktoruElməddin Muradlısonuncu dəfə may ayında Şamaxı rayonu ərazisində radara düşüb: "Bundan əvvəl də bir dəfə radara düşmüşəm. Birincini əsassız olduğu üçün ləğv ediblər. Sonuncu radarın isə cəriməsini ödəmişəm”.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnikiVaqif Əsədovunsözlərinə görə, radar məşhur, qeyri-məşhur tanımır: "Sürücü sürət həddini aşırsa, radara düşür və buna görə cərimə olunur. Bu məsələdə sürücünün hansı status daşıması heç bir rol oynamır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi