TQDK-dan xəbərdarlıq

img

29-09-2015 [22:09]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumtəhsil müəssisələrinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarında və qəbul imtahanlarında iştirak etmək, həmçinin digər sənədləşmə işlərinin aparılması şagirdlərin şəxsiyyət vəsiqələrinin olmasını zəruri edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi buraxılış sinif şagirdlərinin rahat şəkildə, uzaq mərkəzlərə müraciət etmədən şəxsiyyət vəsiqəsi almalarını və vaxtı keçmiş şəxsiyyət vəsiqələrinin vaxtında dəyişdirilməsini təmin etmək üçün yerlərdə səyyar "ASAN xidmət”lər təşkil edəcək.

TQDK növbəti tədris ilində buraxılış sinfində təhsil alacaq şagirdlərə tövsiyə edir ki, şəxsiyyət vəsiqəsi əldə etmək üçün yaradılan bu imkandan faydalansınlar. Belə ki, onlar yaşadıqları məntəqədə yerləşən səyyar "ASAN xidmət”ə müraciət etməklə ən qısa zamanda rahat şəkildə şəxsiyyət vəsiqəsi ala bilərlər.

Ətraflı məlumatı TQDK-nın tqdk.gov.az saytından əldə etmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA