Məkkədə 4 mindən çox zəvvar ölüb - Nazirlik açıqladı

img

29-09-2015 [22:52]


Məkkədə ölən insanların sayı 4 mini ötüb.

"Qafqazinfo” novoteka.ru-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi məlumat yayıb. Ölənlərin konkret sayının 4173 nəfər olduğu bildirilir.

Səhiyyə naziri Xalid al-Falehin sözlərinə görə, faciənin araşdırması tez bir zamanda yekunlaşacaq və nəticələr geniş ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, daha əvvəl İran hökuməti ölənlərin sayının 853 yox, 4000-ə yaxın olduğunu açıqlasa da, Səudiyyə Ərəbistanı bu iddianı rədd edirdi.

Xatırladaq ki, sentyabrın 25-də Məkkədəki Mina dağında yaranmış izdiham nəticəsində yüzlərlə şəxs ayaq altında qalmışdı. Ölənlərdən əksəriyyəti Afrika ölkələri vətəndaşları idi. Mərhumların arasında 239 iranlı zəvvar da olub.

Məkkədə 4 mindən çox zəvvar ölüb  -  Nazirlik açıqladı
Məkkədə 4 mindən çox zəvvar ölüb  -  Nazirlik açıqladı
Məkkədə 4 mindən çox zəvvar ölüb  -  Nazirlik açıqladı
Məkkədə 4 mindən çox zəvvar ölüb  -  Nazirlik açıqladı
Məkkədə 4 mindən çox zəvvar ölüb  -  Nazirlik açıqladı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA