Deputatın oğluna yeni vəzifə verildi

img

29-09-2015 [19:26]


"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib.

Mia.az report-a istinadən xəbər verir ki, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib.

O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. "Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli "Azərreyl" klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma "dəmiryolçular"ın yeni prezidenti hələ dəqiqləşməyib.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının oğludur. Cavid Qurbanov isə "Azəryolservis"in sabiq, "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırkı sədridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA