Zakir Fərəcovdan "təmizləmə əməliyyatı": İcra başçısının müavini vəzifədən getdi

img

29-09-2015 [16:34]


Sumqayıt şəhər İcra Hakimiyyəti Başçsının birinci müavini Rövşən Oqtay oğlu Sadıxov tutduğu vəzifə ilə vidalaşmalı olub.

Mia.az Xeberle.com-a istinadən xəbər verir ki, Sadıxov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. R.Sadıxovun bundan sonra Səbail rayon İcra Hakimiyyətində çalışacağı deyilir.

55 yaşlı R.Sadıxov 2002-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2005- 2006-cı illərdə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə isə Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib. 2011-ci ildən isə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini olub. Məlumat üçün bildirək ki, R.Sadıxov Səbail rayonunun İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Nizami rayonunda, Gəncə və Sumqayıt şəhərlərində icra hakimiyyəti başçısı vəzifəsində çalışdığı müddətdə onun komandasında fəaliyyət göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA