Sevil Əliyeva instaqram səhifəsini bağladı - Açıqlama

img

29-09-2015 [11:33]


Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva öz instagram səhifəsini bağlayıb.

Mia.az ans press-ə istinadən xəbər verir ki, Sevil Əliyeva bu barədə öz şəxsi səhifəsində məlumat yayıb.

Məlumatda deyilir:

"Əziz dostlar! Bu müddət ərzində sizlərlə ünsiyyətdə olmaq mənim üçün çox xoşdur. Mən hər birinizin fikrinə hörmətlə yanaşıram. Lakin təəssüflər olsun ki, mən hərdən insanlarla qurduğum səmimi, mədəni ünsiyyətə bəziləri tərəfindən qarşılıqlı münasibət görmürəm. Belələri bu münasibətlərdən sui-istifadə edib etik qaydaları pozurlar! Ona görə də mən direct-i bağlayıram. Mən bu səhifə haqqında əvvəlcədən demişdim ki, burada mənim keçmişim və bu günüm əks olunacaq. Və əlbəttə, yaradıcılığım yer alacaq. Ümid edirəm ki, məni düzgün başa düşəcəksiniz.

Hörmətlə, Sizin Sevil Əliyeva!”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA