Tərtərdə hərbi sursat partladı - yaralı var

img

28-09-2015 [22:45]



Tərtər rayonunda hərbi sursatın partlaması nəticəsində mülki şəxs yaralanıb. Mia.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Şəhlabad kəndində məcburi köçkünlərin məskunlaşdığı məktəb binasının həyətində baş verib.

Belə ki, Laçın rayonundan olan məcburi köçkün Rizvan Zeynalabdin oğlu Bədəlov həyətdə ocaq qalayarkən güclü partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı ilk öncə Tərtər, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. R.Bədəlov əməliyyat olunduqdan sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə, partlayış zamanı R.Bədəlovun hər iki ayağına və qarın boşluğuna hərbi sursat parçaları daxil olub. Sursatın qalıqları onun bədənindən çıxarılıb, hazırda yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Yaxınlarının verdiyi məlumata görə bu gün axşam saatlarında Rizvan Bədəlov həyətdə təmizlik işləri apardıqdan sonra yığılan zibili yandırmaq qərarına gəlib və bir neçə dəqiqə sonra güclü partlayış baş verib


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA