Azərbaycanlı iş adamı Rusiyada belə öldürüldü - Video

img

28-09-2015 [19:11]


Sentyabrın 26-da Volqoqrad şəhərində güllələnərək öldürülən 32 yaşlı azərbaycanlı biznesmen Zülfüqar Əsədovun ölüm anları idarə etdiyi maşının kamerasına düşüb.

Mia.az modern.az-a istinadla xəbər verir ki, görüntülərdə killerin maşına yaxınlaşdığı və səsboğucu tapança ilə Zülfüqar Əsədova atəş açdığı qeydə alınıb.

Atəş nəticəsində maşının qabaq şüşələrinin çatladığı görülür, biznesmen Zülfüqar Əsədovun isə çığırdığı eşidilir.

Volqoqrad istintaqçıları 32 yaşlı Əsədovla birlikdə mühafizəçisinin də maşında olduğunu və hazırda onun xəstəxanada müalicə aldığını deyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA