Cavid Qurbanovun 300 milyonluq qatarları - Foto

img

28-09-2015 [15:09]




"Azərbaycan Dəmir Yolları” QSC üçün hazırlanan dünyanın ən güclü yüklü lokomotivlərindən biri olan "AZ8A” QSC-nin balansına 2016-cı ilin dekabrında daxil olacaq.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 9 min ton yük daşıya bilmək gücünə malik bu elektrovozlar saatda 120 kilometrlər hərəkət edə biləcək.

Fransanın "Alstom” şirkəti "AZ8A” lokomotivinin yığımını Qazaxıstanda həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycan Dəmir Yollarına 50 yük elektrovozunun çatdırılmasına dair müqavilə prezident İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən Azərbaycan – Fransa biznes forumunda imzalanıb. Müqavilənin dəyəri 300 milyon avrodur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA