Rektor yaşlı professorlarla bağlı qərar verdi - İqtisad Universitetində yeni qaydalar

img

28-09-2015 [14:02]


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışan professorların təcrübəsindən tədris və təlim prosesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək, elmi-pedaqoji kadr hazırlığını daha da yaxşılaşdırmaq məqsədilə məsləhətçi-professor vəzifəsi yaradılıb.

Universitetin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, UNEC-də 15 ildən yuxarı professor ştatında qüsursuz çalışan və universitetin elmi-pedaqoji həyatında mühüm xidmətləri olan 70 yaşdan yuxarı əməkdaşlar öz razılığı ilə məsləhətçi-professor vəzifəsini tuta bilərlər. Məsləhətçi-professor akademik və inzibati vəzifələrdən azad olunacaq.

Məsləhətçi-professorlar kafedrada aparılan elmi-tədqiqat işlərinə məsləhət verə, doktorantlara və iddiaçılara elmi rəhbərlik edə, elmlər doktoru olmaq istəyən tədqiqatçıların məsləhətçisi ola bilər. O cümlədən, dərslik, dərs vəsaiti, proqram və digər tədris-metodik materialların hazırlanmasında yaxından iştirak edə, rəy verə bilər.

Məsləhətçi-professorlarla əmək müqaviləsi 5 il müddətinə bağlanılır və onun vəzifə maaşı, əlavə ödənişlər, digər güzəşt və imtiyazlar saxlanılmaqla professor-müəllim heyətinin əməkhaqqı fondunun hesabına ödənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA