Ziya Məmmədovun oğlunun ölkəni tərk etməsi barədə xəbər yayılıb

img

28-09-2015 [13:46]


İstiqlal.az saytı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Azərbaycanı tərk etdiyini yazıb. Sayta daxil olan məlumatda deyilir ki, Anar Məmmədovun ölkədən gedişi atası ilə əlaqədar problemlərlə bağlıdır.

Yazıda bildirilir ki, Ziya Məmmədov artıq hakimiyyət komansında nüfuzunu itirib və prezident İlham Əliyevin ona etimad göstərmir.

Sayt qeyd edir ki, Ziya Məmmədovun səlahiyyətlərinin bir qisminin əlindən alınması və onun prezident səviyyəsində tənqid edilməsi bu məlumatların əsassız olmadığını göstərir.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Bundan başqa Ziya Məmmədovun nəzarətində olan "Transqeyt" şirkətinin marşrut avtobuslarının xəttə buraxılmasına qadağa qoyulub. Taksilərə lisenziya verilməsi də ASAN xidmətə tapşırılıb. Ziya Məmmədovun nəzarətində olan Bakı Beynəlxalq Avtovağzalı da nazirin əlindən çıxıb. Bəzi məlumatlara bütün bunlar Ziya Məmmədovun "vurulması" planının tərkib hissəsidir.

İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Ziya Məmmədov özünə qarşı planlarda oğluna da təhlükə görür. Bu baxımdan da onu ölkədən çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA