Xalq şairi Bəxtiyar Vahabzadə generala nələr deyib? - Tarixi hadisə

img

28-09-2015 [10:37]


Yazıçı-dramaturq Firuz Mustafa mərhum xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı maraqlı fakt açıqlayıb.

Mia.az xəbər verir ki, o, "Facebook"da mərhum şairlə 20 yanvar hadisələri ilə bağlı general Ovçinnikov arasında yaşanan qalmaqalla bağlı tarixi hadisəni nəql edib. Yazıçı-dramaturqun statusunu olduğu kimi təqdim edirik:

"20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə (kiçik bir məclisdə) bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda. Mən zarafatla dedim: "Bəxtiyar müəllim, görünür, bu "Dubinyak” adı "Dubinka” sözünə oxşadığına görə daha yaddaqalandır”.  

O, gülərək "Yəqin ki, elədir”, – dedi"". 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA