"Mənə təzyiq var" deyən namizədə sabiq deputatdan dəstək gəldi - Açıqlamalar

img

26-09-2015 [15:45]


104 saylı Tovuz Gədəbəy seçki darəsində namizədlərə təzyiqlər güclənib.

Mia.az xəbər verir ki, bu barədə həmin dairədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən Polad Aslanov özünün "Facebook" səhifəsində məlumat verib. Bildirib ki, imza toplamalarına ciddi problemlər yaradılır:

"Mənə mane olmaq üçün qohum-əqrabalarım təhdid edilir. Bəzi qohumlarım dövlət işində işləyir. Onların vasitəsiylə də mənə təzyiq  olunur ki, namizədliyimi verməyim. Hətta vəziyyət o yerə çatıb ki, Tovuzda məni açıq şəkildə polis və kənd icra nümayəndəliyi izləyir. Mənim olduğum kəndlərdə getdiyim evlərin sahiblərinə təzyiq göstərirlər...".

Polad Aslanov yazıb ki, baş verənlər seçkinin demokratikliyinə ciddi kölgə salır.

Məsələyə həmin dairədən namizədliyi irəli sürülən keçmiş deputat, iqtisadçı Nazim Məmmədov da münasibətini açıqlayıb. O, Polad Aslanovun bəyanatına belə münasibət bildirib:

Nazim Məmmədov

"Sizə və digər namizədlərə imza toplamaq üçün mənim adamlarım kömək etməyə hazırdır. Telefonunuzu inbox-a yazın, mən istəmirəm ki, namizədi olduğum dairə ilə bağlı mənfi fikirlər formalaşsın...".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA