Məkkədə daha bir azərbaycanlı öldü

img

25-09-2015 [23:07]


Bu gün Məkkədə daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib.

Mia.az-ın ans press-ə istinadən məlumatına görə, bu, 1957-ci il təvəllüdlü Kəklik Aslanova olub. Mərhumənin təzyiqi aşağı düşüb və həkimlərin səyi nəticə verməyib.

Beləliklə, bu il Həcc zamanı dünyasını dəyişən azərbaycanlıların sayı iki nəfərə çatıb.

Dünən Mina dağından geri qayıdarkən dünyasını dəyişmiş 60 yaşlı Fəxrəddin Zeynalov əslən Qubadlı rayonunun Dondarlı kəndindəndir. Ürək tutmasından qəfil dünyasını dəyişən Fəxrəddin Zeynalov Xırdalan şəhərində yaşayırdı. 61 yaşlı zəvvarımız su idarəsində çalışıb. Məcburi köçkün olan Fəxrəddin Zeynalov 3 oğul, bir qız atası idi. Mərhumun yas mərasimi sentyabrın 29-da Sumqayıt şəhərində təşkil olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA