"Xəbər bizi son dərəcə sarsıtdı..." - İlham Əliyev

img

24-09-2015 [22:09]


Bu gün Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda Məkkədə baş verən faciə ilə bağlı başsağlığı məktubu göndərib.

Mia.az həmin məktubu təqdim edir: 

"Əlahəzrət, Əziz Qardaşım,

Həcc ziyarəti zamanı yaranmış qarışıqlıq nəticəsində çox sayda zəvvarın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA