Eldar Əzizov sakinlərlə görüşdü, Səbaildə Qurban bayramı mərasimi - FOTOLAR

img

24-09-2015 [18:13]


Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.

Mia.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonun qəsəbələri, yaşayış sahələrində imkansız ailələrə paylanması təşkil olunub. Bu qəbildən keçirilən tədbirlərdən birincisi rayonun Bayıl yaşayış sahəsində mərasim təşkil edilib.

Səbail rayon rəhbərliyi, rayondakı ictimai təşkilat və birliklərin, din xadimlərinin, rayon sakinləri və burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanlar rayon rəhbərləiyi adından müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik olunub. 

Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir rayonun günbəgün böyüyüb inkişaf edən Badamdar qəsəbəsində davam edib. Buradakı tədbirə rayon rəhbərliyi ilə yanaşı rayonun din xadimləri, qəsəbə bələdiyyəsinin, ictimaiyyətinin, burada məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, qəsəbə ağsaqqalları, iş adamları, Badamdardakı hərbi hissənin şəxsi heyətinin üzvləri toplaşmışdı. Bayramsayağı bəzədilmiş həyətdə islam adət-ənənələrinə uyğun, din xadimlərinin iştirakı ilə qurbanlar kəsilərək paylanmışdır. Aşıqların ifası tədbiri daha rəngarəng etmişdir.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərlə görüşmüş, onları bayram münasibəti ilə təbrik etmiş, burada təşkil olunmuş çay süfrəsi ətrafında ağsaqqallar, veteranlar, ictimaiyyət nümayəndələrinə gələcəkdə Badamdar qəsəbəsində nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf barədə məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 24 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5500-dən çox ailəyə qurban payları təqdim ediləcəkdir.

Qurban Bayramı ilə əlaqədar tədbirlər rayonun digər qəsəbə və yaşayış sahələrində, həmçinin «Bibiheybət ziyarətgah» məscidi və İçəri şəhərdəki «Cümə» məscidində də keçiriləcəkdir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA