Mia.az-a yazdı, Tovuz Təhsil Şöbəsi həll etdi - Tarix müəllimi

img

24-09-2015 [18:03]


Sentyabrln 20-də Mia.az-da "Mənə bu dərs vəsaitlərini verin..." - Tovuzdan tarix müəllimi nazirə müraciət etdi" başlıqlı yazıda Tovuz rayonu, C.Sadıqov adına Qədirli kənd tam orta məktəbində tarix müəllimi işləyən Nüsrət Fəttah oğlu Nəsirlinin təhsil naziri Mikayıl Cabbarova müraciət edərək, çatışmayan dərs vəsaitlərinə kömək göstərilməsi xahişinə reaksiya verilib.

Həmin yazını bu linkdən oxuya bilərsiniz: 

http://www.mia.az/w123438/%22M%C9%99n%C9%99_bu_d%C9%99rs_v%C9%99saitl%C9%99rini_verin...%22_-_%3Cfont_color=red%3E_Tovuzdan_tarix_m%C3%BC%C9%99llimi_nazir%C9%99_m%C3%BCraci%C9%99t_etdi/

Bu yazıdan sonra yenidən Mia.az-a müraciət edən Nüsrət Nəsirli artıq arzusunun təmin edildiyini bildirib. Saytımıza və Rayon Təhsil Şöbəsinin rəhbərliyinə xüsusi təşəkkür edən tarix müəllimi yazıb ki, Mia.az-da məktubu dərc olunduqdan sonra onu Təhsil Şöbəsinə dəvət ediblər:

"Hörmətli Mia.az! 

Bir kənd müəllimi olaraq, öz problemlərim haqqında Sizə yazmışdım. Siz mənim məktubumu dərc etdikdən sonra problemlərim həllini tapdı. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə xanım Hüseynovaya öz adımdan və övladlarım adından dərin təşəkkürümü bildirirəm.

Sizin saytda məktubum çap olunduqdan sonra, Validə xanım bu məktubu oxuyub, məni Tovuz rayon Təhsil şöbəsinə dəvət etdi. Mən, 21 sentyabr 2015-ci il tarixdə Tovuz rayon Təhsil Şöbəsində oldum. Təhsil Şöbəsinin əməkdaşları Məhəbbət müəllimənin, Fikrət müəllimin, Səməd müəllimin, Şəlalə müəllimənin müəllimlərin problemləri ilə maraqlanmaları, dinləmələri sözün əsl mənasında məni xeyli duyğulandırdı. Bəli, bunlar Tovuzun qeyrətli qızı Validə xanım Hüseynovanın qısa müddət ərzində Tovuz təhsilində yaratdığı ab-havadır. Validə xanımın və onun başçılıq etdiyi kollektivin əməyidir ki, builki qəbulda Tovuzlu gənclər yüksək nəticələr göstərdilər və Respublikada kənd rayonları arasında ikinci yeri tutdular.

Bütün bu uğurlara və hər bir müəlliminin qayğısına qaldığına görə, problemlərini yerində və qısa zaman kəsiyində həll etdiyinə görə, Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə xanım Hüseynovaya öz dərin minnətdarlığımı bildirirəm".

Sonda tarix müəllimi bir daha Mia.az-a da minnətdarlığını ifadə edib. 

Mia.az olaraq, biz də həm Nüsrtət Nəsirliyə, həm də problemə operativ reaksiya verən Tovuz rayon Təhsil Şöbəsinin rəhbərliyinə təşəkkür edirik.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA