“Məkkədə ölənlər arasında azərbaycanlı zəvvar yoxdur” – AÇIQLAMA

img

24-09-2015 [17:40]


Məkkədə bu gün baş vermiş faciə zamanı ölənlər arasında azərbaycanlı zəvvarlar yoxdur.

Mia.az bildirir ki, bu barədə Qafqaz müsəlmanlar İdarəsinin Məkkədə olan nümayəndəsi APA TV-nın hadisə yerində olan əməkdaşına bildirib.

"Həlak olanlar Qazaxıstan və Qırğıstan vətəndaşlarıdır",-deyə o bildirib.

Jurnalist bildirib ki, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı baş verən faciədən sonra jurnalistləri qapalı yerə salıblar. Onun Məkkədən verdiyi məlumata görə,  hadisə baş verəndən jurnalistləri kənara buraxmırlar.  "Bizim çölə çıxmağımıza imkan vermirlər. Gələn xəbərlərə görə, faciə zamanı ölən və yaralıların sayının artacağı istisna deyil", - deyə Jalə Məmmədli bildirib.

Qeyd edək ki,  Bu gün Mina dağında yaranan qarışıqlıq nəticəsində azı  220 nəfər ölüb, 450 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA